Pandemiyaya görə işsiz qalan fahişələr üçün pul toplandı...

Pandemiyaya görə işsiz qalan fahişələr üçün pul toplandı...

Koronavirus səbəbiylə sosial məsafə qaydalarından əziyyət çəkən və gəlirlərini itirən fahişələrdir.

Moderator.az xəbər verir ki, onlar karantin rejimini necə çətin keçirmələrini danışıblar. Avstraliyanın Melburn şəhərində yaşayan və 10 ildir ki, fahişəliklə məşğul olan Estelle Luqas koronavirus pandemiyasından sonra fahişəliyin qadağan edildiyini bildirib. O, bununla da müştərilərini itirmək riskiylə üz-üzə qaldığını deyib.

Bu vəziyyəti nəzərə alaraq onlar üçün yardım toplanılmasına başlanılıb. ABŞ-da Las Vegas Fahişə Kollektivi bu günə qədər 19.300 dollar, İtaliyadakı bir qrup isə 21 min 700 avro toplayıb. Bu vəsaitlərlə fahişələrin borcları və gündəlik ehtiyacları qarşılanacaq.

Vasif Əlihüseyn

Mənbə: moderator.az