Bu şəxslər inzibati məsuliyyətə cəlb olunacaq

Bu şəxslər inzibati məsuliyyətə cəlb olunacaq

Qaydaların yumşaldılması ilə arxayınlaşma yarandı. Bu səbəblə Bakıda fəaliyyət göstərən xəstəxanaların üzərinə çox böyük yük düşüb.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"İctimai nəqliyyatda müşahidə olunan arzuolunmaz görüntülər, qaydaları pozmağa meyilli olan vətəndaşlarımız bunu qələbə kimi qeyd edirlər.

Milli Məclisdə qəbul edilmiş qaydalara uyğun olaraq belə hərəkətlərə yol verən şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. Bütün bu hallar son olaraq belə qərar qəbul etmək məcburiyyəti yaratdı", - o bildirib.

R.Bayramlı deyib ki, epidemoloji baxımdan belə qapanmalar yüksək nailiyyətlərə səbəb olur:

"Lakin bu, iqtisadi baxımdan uyğun olmadığı üçün qısa qapanmalar tətbiq olunacaq".

Mənbə: axar.az