Qərargah: Gələcəkdə həftə sonları və bayram günləri hərəkət məhdudlaşdırıla bilər

Qərargah: Gələcəkdə həftə sonları və bayram günləri hərəkət məhdudlaşdırıla bilər

“Gələcəkdə həftə sonları və bayram günlərində hərəkətin məhdudlaşdırılması nəzərdə tutulur. Ancaq bu barədə hələ qərar verilməyib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, tək həftə sonu qapanma xəstəliyin ayılmasının qarşısını almaq üçün yetərli deyil: “Həftə ərzində də insanlar sosial məsafəni gözləməli və tibbi maskadan istifadə etməlidirlər”.

 

Mənbə: apa.az