Alternativ yollarla rayonlara getməyə cəhd göstərənlər bilməlidirlər ki... - RƏSMİ

Alternativ yollarla rayonlara getməyə cəhd göstərənlər bilməlidirlər ki... - RƏSMİ

“Karantin rejiminin yumşaldılmasına baxmayaraq, regionlara gediş-gəlişdə tətbiq edilən qaydalar qüvvədədir”.

milletinsesi.info xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.

O bildirib ki, həftəsonu küçəyə çıxmaq qadağasına görə, alternativ yollarla regionlara getməyə cəhdlərin qarşısı alınacaq:

“Bakı, Sumqayıt, Abşeron qeydiyyatında olan şəxslər digər regionlara, müxtəlif bölgələrdə qeydiyyatda olan şəxslərin də şəhərlərə giriş-çıxışına icazə verilməyəcək. Dövlət qurumlarının iş saatının azaldılmasından istifadə edərək, alternativ yollarla rayonlara getməyə cəhd göstərən şəxslər bilməlidirlər ki, bu, karantin rejimi qaydalarının pozulması kimi qiymətləndiriləcək və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar”.

Mənbə: milletinsesi.info