Moldovada beş mindən çox adam koronavirusdan sağalıb

Moldovada beş mindən çox adam koronavirusdan sağalıb

Kişineu, 4 iyun, AZƏRTAC

Moldova Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə COVID-19 infeksiyasından sağalanların ümumi sayı 5009 nəfərə çatıb. Təkcə ötən gün ərzində ölkənin tibb müəssisələrində koronavirusdan müalicə olunan daha 146 pasiyent sağalaraq evə buraxılıb.

AZƏRTAC xəbər verir ki, Moldovada COVID-19-la bağlı epidemioloji vəziyyətin nisbətən yaxşılaşması müşahidə olunur. Ölkədə koronavirusa yoluxan xəstələrin (8795 nəfər) əksəriyyətinə (5009 nəfər) bu xəstəlikdən sağalmaq nəsib olub. Virusa yoluxma nəticəsində ölənlərin sayı 314 nəfərə çatıb.

Rüstəm Məmmədov

Kişineu

Mənbə: azertag.az