Sosial şəbəkələrdə şayiələr yayılır ki... - Sədr

Sosial şəbəkələrdə şayiələr yayılır ki... - Sədr

Bəzi sosial şəbəkələrdə şayiələr yayılır və bu səbəblə vətəndaşlarda inamsızlıq yaranır.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Belə şayiələrdən biri də insanlara xəstələri COVİD-19 xəstəsi kimi qeyd olunması barədə təcili yardım həkimləri tərəfindən təkliflərin olmasıdır. Bu məsələ araşdırılıb və həqiqəti əks etdirmir. Qeyd edim ki, koronavirus xəstələrinin qeydə alınması qısa proses deyil. Vətəndaşlardan xahiş edirik ki, belə məlumatlara inanmasınlar", - o bildirib.

Mənbə: axar.az