Virusla mübarizə bu vaxta qədər davam edəcək - ÜST rəsmisi

Virusla mübarizə bu vaxta qədər davam edəcək - ÜST rəsmisi

Dünyada bu günə qədər 6 milyondan çox insan koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı Operativ Qərargahın brifinqində deyib.

"Azərbaycanda ilk görülən tədbirlər mart ayında tədris müəssisələrinin bağlanması ilə başladı. Xüsusi karantin rejimi tətbiq edildikdən sonra yoluxma halları 10 gündə azalmağa başladı. Artan yoluxma halları insanların qaydalara riayət etməsi ilə azaldı", - o bildirib.

H.Harmancı qeyd edib ki, 27 apreldən karantin rejiminin yumuşaldılması ilə yoluxma hallarında yenidən artım müşahidə edildi:

"Bizim burada tətbiq etdiyimiz qaydalar dünya təcrübəsində də tətbiq olunur. Yoluxma halları artıqca karantin rejimi sərtləşdirilir".

O bildirib ki, hazırda dünyada koronavirusun birinci dalğası müşahidə olunur:

"İndi koronavirusla mübarizədə daha təcrübəliyik. Bu müddətdə bütün təlimatlara riayət etməli, zəruri hallarda bəzi məhdudiyyətləri tətbiq etməliyik. Bu virus bir il müddətində bizimlə olacaq. Ən azından vaksin və ya səmərəli müalicə üsulu tapılana qədər mübarizə aparmalıyıq".

Mənbə: axar.az