Xaricdə 16 Gürcüstan vətəndaşı koronavirusdan ölüb

Xaricdə 16 Gürcüstan vətəndaşı koronavirusdan ölüb

Xarici ölkələrdə 118 Gürcüstan vətəndaşı koronavirusa yoluxub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin hesabatında bildirilib.

Mayın 22-nə olan məlumata əsasən, onların 16-sı dünyasını dəyişib. Avstriyada 1, İspaniyada 4, Türkiyədə 1, Böyük Britaniyada 2, ABŞ-da 5, Fransada 2, Latviyada isə 1 Gürcüstan vətəndaşı vəfat edib.

Sənəddə qeyd olunub ki, vətəndaşların əksəriyyətində xəstəlik az ağır formada keçir.

Mənbə: report.az