Hande Harmancı: Peyvənd hazır olmayana qədər bu virus hələ davam edəcək

Hande Harmancı: Peyvənd hazır olmayana qədər bu virus hələ davam edəcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Hazırda bütün dünyada bu ilk dalğadır və bu zaman dövründə biz təcrübə toplamışıq.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Unutmayın ki, peyvənd hazır olmayana qədər bu virus bizimlə hələ uzun müddət birlikdə olacaqdır. Hazırda bir çox ölkə virusa qarşı peyvənd hazırlamaq üçün cəhdlər göstərir. Ona görə də, ikinci dalğanın yaranmaması üçün hər birimiz bu virusa qarşı çox ciddi davranmalı, məhsuliyyətli yanaşma göstərməliyik”.

Mənbə: az.trend.az