Qərargah: "Abituriyent və valideynlərinin test olunması nəzərdə tutulmayıb"

Qərargah: "Abituriyent və valideynlərinin test olunması nəzərdə tutulmayıb"

“6 və 7 iyun tarixlərində nəzərə tutulan buraxılış imtahanları 10, 11 iyun tarixlərinə keçirilib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Şöbə müdiri deyib ki, TƏBİB tərəfindən imtahanlarla bağlı müvafiq qaydalar hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənib: “İmtahanlar zamanı valideynlər sosial məsafəni gözləməlidirlər. Şagirdər və valideynlərin koronavirusla bağlı test olunub-olunmayacağı barədə suallar verilir. Bu, nəzərdə tutulmayıb. Xəstəlik əlamətləri olan şəxslər, tibb işçiləri, xaricdən gələnlər, koronaviruslu xəstələrlə təmasda olanlar test olunur. Abituriyentlər və valideynlərin test olunması nəzərdə tutulmayıb”.

Mənbə: apa.az