190 manat əhaliyə yenidən veriləcək? – RƏSMİ

190 manat əhaliyə yenidən veriləcək? – RƏSMİ

"190 manatla bağlı qərar iş yerləri bağlı olarkən qəbul edildiyinə görə, bu sistem artıq ləğv olunub".

TED.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifiqində çıxışı zamanı bildirib.

Sədr qeyd edib ki, iş yerləri artıq gücləndirilmiş şəkildə fəaliyyət göstərir: "Artıq bütün müəssisələr fəaliyyət göstərir. Sadəcə həftə sonları insanlar evdə olacaq. Pandemiyadan əvvəl də iş yerləri onsuz həftə sonu fəaliyyət göstərmirdi. Buna görə də əhaliyə birdəfəlik ödəniş ləğv edilib".

Nuranə DAXİLQIZI

Mənbə: ted.az