Koronavirus BU ZAMAN KİMİ qalacaq - Hande Harmancı AÇIQLADI

Koronavirus BU ZAMAN KİMİ qalacaq - Hande Harmancı AÇIQLADI

Ölkələr məhdudiyyətləri aradan qaldırdıqca COVİD-19 xəstəliyinin artma ehtimalı da bir o qədər artır. Hal-hazırda dünya koronavirusun birinci dalğasındadır və artıq virusla mübarizəyə daha yaxşı hazırıq. Artıq virusun mahiyyətini daha yaxşı anlayır, hansı müdaxilələrin səmərəli olduğunu və cəmiyyət olaraq hansı addımları atmalı olduğumuzu bilirik.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O, koronavirusun hələ uzun müddət qalacağını açıqlayıb:

"Bu virus uzun müddət bizimlə olacaq, ən azı peyvənd hazırlanana və ya səmərəli müalicə vasitəsi müəyyənləşdirilənə qədər. Peyvəndin hazır olmağını gözləyərkən paralel olaraq terapevtik hallar üzərində də çalışmaq vacibdir. Peyvənd hazır olduqda onun hər kəs üçün əlçatan olması üçün əlimizdən gələni edəcəyik. Peyvənd hazır olana kimi daha həssas olmalı, ehtiyat tədbirlərinə riayət etməli və məsliyyətli davranmalıyıq".

Təhməz Təkin
Milli.Az

Mənbə: news.milli.az