Ramin Bayramlı: Modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq

Ramin Bayramlı: Modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Xüsusi rejimli xəstəxanalarda 5000-dən çox çarpayı var.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq: “Bu gün 2500 aktiv xəstə sayı var. Amma xəstələrin böyük əksəriyyəti Bakıda və narıncı əraziyə düşən yerlərdəki xəstəxanalarda yerləşdiyi üçün lokalizasiyaya yerləşən tibb müəssisələrinin üzərinə düşən yük artır".

Mənbə: az.trend.az