Koronavirusu uşaqların necə keçirdiyi açıqlandı

Koronavirusu uşaqların necə keçirdiyi açıqlandı

Kiçik yaşlı uşaqlar xəstəliyi daha çox aspimtomatik keçirir və daşıyıcı olurlar. Bir sıra ölkələrdə 18 və 20 yaş altı şəxslərin küçəyə çıxması qadağası var. Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, hazırda ölkədə belə qadağa yoxdur:
“Lakin uşaqların ehtiyac olmayan yerlərə getmələri düzgün deyil. Onlar daşıyıcı ola bilər və infeksiyasını yaşlılara daha tez keçirdə bilər”.
Aytən Zəhra
Azvision.az

Mənbə: azvision.az