Diplomatik korpuslarda çalışanlar işə çıxa bilərmi? - RƏSMİ

Diplomatik korpuslarda çalışanlar işə çıxa bilərmi? - RƏSMİ

“Bizim diplomatik korpusun əməkdaşlarına tövsiyələrimiz odur ki, onlar işə çıxmasınlar”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, həmin işçilərin xidməti avtomobilləri var və bəzi diplomatik korpuslar şənbə-bazar günləri işləyir:

“Onlar işə çıxa bilər. TƏBİB olaraq tövsiyəmiz odur ki, işə çıxmasınlar”.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az