Beynəlxalq ucuşlarla bağlı qərar və qaydalar yaxın günlərdə açıqlanacaq - TƏBİB

Beynəlxalq ucuşlarla bağlı qərar və qaydalar yaxın günlərdə açıqlanacaq - TƏBİB

Bakı. İlhamə İsabalayeva - Trend:

İyunun 15-dən Türkiyə ilə uçuşların həyata keçirilməsi ilə bağlı qərarın bizim tərəfimizdən də təsdiqlənməsi lazımdır.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, nə qədər iqtisadi zərər olsa da, Azərbaycan üçün vətəndaşlarının sağlamlığı prioritetdir:

“Bu baxımdan da müzakirələr davam edir. Beynəlxalq ucuşlarla bağlı qərar və qaydalar yaxın günlərdə açıqlanacaq”.

Mənbə: az.trend.az