Azərbaycanda daha 4 karantin xəstəxanası istifadəyə veriləcək

Azərbaycanda daha 4 karantin xəstəxanası istifadəyə veriləcək

Bakıda 2, Abşeronda 1, Sumqayıtda 1 xəstəxana istifadəyə veriləcək.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məktəblərin xəstə qəbulu üçün hazırlanması ilə bağlı sualı cavablandırarkən bildirib.

O qeyd edib ki, hətta bütün xəstəxanalar dolsa belə, xəstələrin məktəblərdə qəbulundan söhbət gedə bilməz:

"Xəstəxanalar bütün lazımi avadanlıqlarla təchiz olunub. Qısa müddətdə nöqsanlarımızı analiz edib zəruri ehtiyacları müəyyən etdik və hazırda bununla bağlı heç bir problem yoxdur".

Mənbə: modern.az