İntellektual bilik yarışının qalibləri mükafatlandırıldı

İntellektual bilik yarışının qalibləri mükafatlandırıldı

İyunun 3-də Salyan rayon Gənclər və İdman İdarəsində aprelin 17-də online qaydada keçirilmiş intellektual bilik yarışının qalibləri ilə görüş keçirilib.
Demokrat.az xəbər verir ki, görüş zamanı qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.
Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan İntellektual Bilik yarışında III yeri Qədimova Pakizə (Salyan şəhər 7 saylı məktəb-lisey), II yeri Muradov Saleh, I yeri isə Pərviz Əbil (Salyan şəhər 6 saylı tam orta məktəb) qazanıblar.

Mənbə: demokrat.az