Karantinə əməl etmək mütləqdir (VİDEO)

Karantinə əməl etmək mütləqdir (VİDEO)

Son bir həftədə ölkə ərazisində koronavirusa yoluxanların sayı artan dinamikayla gedir. Dünən artıq rekord göstərici əldə etmişik. 325 yoluxma və 5 ölüm faktı.

Karantin rejiminin mərhələli şəkildə yumşaldılmasından sonra insanların bir qismində arxayınlaşma yarandı. Bu vəziyyət elə bir təəssürat yaratdı ki, artıq bu virus bitib və ya yaxın zamanda bitəcək.

Çox təəssüf ki, insanların bir qisminin bu düşüncəsi heç də yaxşı nəticə vermədi. Və budur karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsi aktuallaşdı. Ölkə ərazisində həftəsonu qadağası müəyyənləşdi və dövlət qurumlarında iş saatları azaldıldı.

Bu cür sərətləşdirmələrin olması mütləqdir. Hətta mən deyərdim ki, bunu çoxdan etməli idik-deyə Millət vəkili əlavə etdi.

Millət vəkili həm də qeyd etdi ki, bu həftə həm də bir növ testdi. Azərbaycan cəmiyyəti bu testdən uğurla çıxsa sərbəstlik imkanı tanınacaq. Yox əksinə olsa karantin rejimi yenidən sərtləşdiriləcək.

Mənbə: www.realtv.az