Xroniki xəstəliyi olanlar həftəsonu xəstəxanaya necə gedəcək? - AÇIQLAMA

Xroniki xəstəliyi olanlar həftəsonu xəstəxanaya necə gedəcək?  - AÇIQLAMA

Həftəsonu qadağası zamanı xroniki xəstəliyi olanlarla bağlı müvafiq tibb müəssisələrinə tövsiyələr verilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı brifinq zamanı məlumat verib:

“Xroniki xəstəliyi olan və müalicə alan xəstələrlə bağlı müvafiq tibb müəssisələrinə artıq tövsiyələrimizi vermişik. Əvvəldən də müxtəlif tibb müəssisələri üçün rəhbərliklər hazırdır. Bu çərçivədə necə fəaliyyət göstərəcəkləri bilinir. Bu cür halların qısamüddətli qadağadan əvvəlki günlərə keçirilməsi mümkündürsə, bu cür aparılacaq. Zəruri vəziyyətlərdə isə xəstəlirimizə təcili yardım xidməti vasitəsilə bütün xidmətlər göstəriləcək”.

Mənbə: qafqazinfo.az