İğtişaşların tüğyan etdiyi Nyu-Yorkda "namaz fasiləsi"  - VİDEO

İğtişaşların tüğyan etdiyi Nyu-Yorkda "namaz fasiləsi"  - VİDEO

Qaradərili amerikalı Corc Floydun polis zorakılığı ilə qətlə yetirilməsi nəticəsində ABŞ-ın bir çox əyalətində iğtişaşlar başlayıb.

Primetime.az xəbər verir ki, bu iğtişaşlar ən çox Bruklində qeydə alınıb. Lakin, bu gün mitinqlərə qatılan müsəlmanlar vaxtın namazını qıla bilmək üçün fasilə etdilər. Onlar namaz qılarkən, digər amerikalılar onların ətrafında dayanaraq müsəlmanları polis hücumundan qoruyublar.

Bu görüntülər bütün dünyada gündəm olub.

Mənbə: primetime.az