"Onsuz da məktəblər açılmır, ərə gedin"

"Onsuz da məktəblər açılmır, ərə gedin"

Yeni məlumatlara görə, inkişaf etməkdə olan ölkələrdə qızlar koronavirusa yoluxaraq ölməkdən o qədər qorxurlar ki, tez ərə getmək və uşaqları olmasını düşünürlər.

Afrikanın Səhraaltı ölkələrində qızların təhsili ilə məşğul olan CAMFED təşkilatının bildirdiyinə görə, pandemiyaya görə bölgədə yoxsulluq və ərzaq çatışmazlığı daha da artıb və əksər məktəblər bağlandığına görə bəzi qızlar ərə getməyi təhsildən üstün tutur.

Malavidə uşaq evliliyinin qarşısının alınması və ləğv edilməsi yolunda çalışan CAMFED üzvü Rose Aleksanderin dediyinə görə, bəzi insanlar "onsuz da məktəblər açılmır, ərə gedin" deyir.

CAMFED təşkilatının bu cür fikirlərə qarşı olan Aleksander kimi üzvləri qızlarla əlaqə quraraq, uşaq evliliyinin və erkən hamiləliyin risklərini izah edir.

Vaşinqtonda yerləşən Qlobal İnkişaf Mərkəzinin (CGD) apardığı sorğuda iştirak edənlərin 78 faizi məktəblərin bağlanmasının gender zorakılığının artmasına səbəb olduğunu deyib.

"Məktəblər göstərilən sosial dəstəyə görə uşaqlar, xüsusən də qızlar üçün təhlükəsiz yer ola bilər. Məktəb onlara evdə qarşılaşdıqları problemləri həll etmək üçün yardım edə bilər" - deyə, CAMFED-in Zimbabve bölməsinin direktoru Feyt Nkala bildirir.

BMT-nin Əhali Fondunun bildirdiyinə görə, pandemiya dövründə qızlar təhlükə ilə üzləşə bilər.

"Qadın və qızlar, cinsi zorakılığa, o cümlədən qadın cinsiyyət orqanlarının zədələnməsi, erkən yaşlarda və məcburi evlilik, xüsusilə də əlverişsiz və əlçatmaz ərazilərdə olan qızlar üçün təhlükə riski daha yüksəkdir" - deyə, BMT-nin Əhali Fondu bildirib.

BMT gender əsaslı zorakılığın qlobal artımını " pandemiyanın kölgəsi" adlandırıb.

Mənbə: www.amerikaninsesi.org