"Koronavirusun ikinci dalğası qaçılmazdır" - Bil Qeyts

"Koronavirusun ikinci dalğası qaçılmazdır" - Bil Qeyts

"Peyvənd axtarışları ümidvericidir. Ən yaxşı halda bu ilin sonuna qədər bir şeylər əldə etmək mümkündür. Amma böyük ehtimalla 2021-ci ildə olacaq".

Qaynarinfo xəbər verir ki, bu sözləri Maykrasoft şirkətini rəhbəri Bil Qeyts "Sky Arabia" telekanalında çıxışı zamanı deyib. O, həyatın normala qayıtması üçün yeganə yolun peyvəndin tapılması olduğunu bildirib. Əlavə edib ki, dünyanın dörd bir tərəfində məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ciddi ziyan vurub və iş yerlərinin itirilməsinə səbəb olub.

"İkinci dalğa qaçılmazdır. Harda və nə dərəcədə ağır olacağını bilmirik. Ancaq əfsuslar olsun ki, hazırda Cənubi və Mərkəzi Amerikada həqiqətən başlayır. Bildiyiniz kimi Rusiyada, Afrikada rəqəmlər az idi, amma burda da qaynar nöqtələr görürük: Nigeriya, Cənubi Afrika Respublikası. Təəssüf ki, say getdikcə artır. Avropa və ABŞ-da isə infeksiyanın azalması müşahidə edilir. Avstraliya, Yaponiya, Yeni Zellandiya, Sinqapur kimi ölkələr məhdudiyyətləri götürdükdən sonra az sayda yoluxmanı izləyə bilirlər. Bu çox yaxşı haldır. Lakin bəzi ölkələrdə isə məhdudiyyətlərin götürülməsi daha çox insanın yoluxmasına səbəb olur. Bağlanmalar iqtisadiyyata zərər verir. Peyvəndə ehtiyacımız var. Yalnız peyvənd normala dönməyimizə, Olimpiada kimi idman tədbirlərini həyata keçirməyimizə imkan verə bilər. Onsuz da çətin dünyada yaşayırıq", - deyə Qeyts bildirib.

 

Camal

Mənbə: qaynarinfo.az