COVID-19 peyvəndinin daha bir sınağına başlandı: uğurlu olsa...

COVID-19 peyvəndinin daha bir sınağına başlandı: uğurlu olsa...

Tailandda COVID-19 peyvəndi meymunlar üzərində sınaqdan keçirilməyə başlanıb.

Publika.az xəbər verir ki, bu barədə Vyetnam İnformasiya Agentliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, paytaxt Banqkokdakı Çulalonqkorn Universitetinin Çula Peyvənd Mərkəzinin rəhbəri Kiat Ruxrunqtam peyvəndin donuzlar üzərində sınağının tamamlandığını deyib. Növbəti mərhələdə isə xərçəng yeyən meymunlar üzərində sınaq keçiriləcək. Bu sınaq uğurla tamamlansa, peyvəndin insanlar üzərindəki effektivliyi yoxlanılacaq.

Professor hər şey yolunda gedərsə, Tailandın gələn il koronavirusa qarşı peyvəndlənəcəyini vurğulayıb.

Qeyd edək ki, Tailandda 3 min 101 nəfər koronavirusa yoluxub, 58 nəfər ölüb.

Zümrüd

 

Mənbə: publika.az