NATO-nun daimi dəniz qrupları Baltik dənizində baş tutacaq təlimlərdə iştirak edəcək

NATO-nun daimi dəniz qrupları Baltik dənizində baş tutacaq təlimlərdə iştirak edəcək

NATO-nun Daimi Dəniz Qrupu 1 (SNMG1) və Mina əleyhinə Mübarizə Qrupu 1 (SNMCMG1) 7-16 iyun tarixləri arasında Baltik dənizində baş tutacaq “BALTOPS” təlimlərində iştirak edəcək. Ordu.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın rəhbərlik etdiyi “BALTOPS 2020” təlimlərində 19 ölkə iştirak edəcək, onlardan 17-si Alyansın üzvü, 2-si tərəfdaş ölkədir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az