ÜST: Epidemiyanın ikinci dalğası qaçılmaz deyil

ÜST: Epidemiyanın ikinci dalğası qaçılmaz deyil

Bakı, 5 iyun, AZƏRTAC

Koronavirus epidemiyasının ikinci dalğası qaçılmaz deyil.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun başçısı Hans Klyuge brifinqdə bildirib. O deyib ki, son dərəcə ehtiyatlı olmaq, karantini mərhələlərlə götürmək lazımdır.

“Aşkar görürük ki, getdikcə daha çox ölkədə tətbiq olunan məhdudiyyətlər yüngülləşdiriləndən sonra infeksiyanın yenidən baş qaldırması müşahidə olunur. Əgər bu amilə reaksiya verilməzsə, ikinci dalğa çox şiddətli ola bilər”, - deyən ÜST təmsilçisi xatırladıb ki, hazırda həkimlər təxminən ilin əvvəlində olduqları vəziyyətdədirlər: onların sərəncamında nə vaksinlər var, nə də koronavirus infeksiyasından müalicə vasitələri.

Klyuge əlavə edib ki, müəyyən təcrübə əldə olunub. Biz pandemiyaya yaxşı hazırlaşmışıq, virus haqqında daha çox məlumatlıyıq, tətbiq olunan müalicə üsullarını təhlil etmək və onların səmərəliliyini müəyyənləşdirmək imkanımız olub.

Mənbə: azertag.az