Avstraliya İraqda hərbi təlimləri yekunlaşdırır

Avstraliya İraqda hərbi təlimləri yekunlaşdırır

Avstraliya İraqda hərbi təlim missiyasını yekunlaşdırır. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avstraloyanın Müdafiə naziri Linda Reynolds məlumat verib.
O bildirib ki, avstraliyalı hərbi qulluqçular İraqdakı təlimləri bu həftə yekunlaşdırıb evlərinə qayıdacaq.Qeyd edək ki, Avstraliya və Yeni Zelandiya qoşunları 2015-ci ildən etibarən yerli qoşunlara təlim keçmək üçün İraqın şimalındakı “Taci” bazasında yerləşdirilib.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az