Kürdə batma təhlükəsi ilə üzləşən 2 uşaq xilas edilib, 3-nün axtarışları davam etdirilir

Bərdədə 5 uşaq Kürdə batma təhlükəsi ilə üzləşib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Kür çayının rayonun Nazırlı Qılışlı kəndindən keçən hissəsində qeydə alınıb. Çayda batma təhlükəsi ilə üzləşən 2 uşaq sudan çıxarılıb. Digər 3 nəfərin axtarışları davam etdirilir.

Sudan çıxarılan iki uşağın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu

SONRAKI XƏBƏR

Timo Verner "Çelsi" ilə anlaşdı