İbrahim Məmmədov: “Həftəsonu üçün avtobus istəyən qurumlar BNA-ya müraciət etməlidir”

İbrahim Məmmədov: “Həftəsonu üçün avtobus istəyən qurumlar BNA-ya müraciət etməlidir”

Baş Nazir Əli Əsədovun “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Qazet.az xəbər verir ki, bəzi qurumlar fəaliyyətlərini davam etdirəcəkləri üçün nəqliyyat problemi ilə üzləşirlər.

Suallarımızı cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirir ki, sərt karantin günlərində işləyənlər şəxsi avtomobillərindən istifadə etməlidir.

“Əgər həftəsonu işləyəcəklərsə, şəxsi avtomobillərindən istifadə etməlidirlər. Əgər ehtiyac yaranarsa, BNA ilə əlaqə saxlasınlar”, – deyə İbrahim Məmmədov qeyd edib.

Mənbə: qazet.az