Aşqabadda ərzaq mağazalarında növbələr necə gizlədilir? - Jurnalistlər araşdırdı

Aşqabadda ərzaq mağazalarında növbələr necə gizlədilir? - Jurnalistlər araşdırdı

Aşqabaddakı dövlət dükanlarının administrasiyaları polis əməkdaşlarının köməyi ilə məntəqələrin qarşısındakı izdihamın qarşısını alır, fotoşəkil çəkməyə və müstəqil media saytlarında tənqidi materialların görünməsinə şərait yaratmamağa çalışırlar.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, insanların dükanlara yaxınlaşmasına icazə verilmir, yaxınlıqdakı həyətlərdə gözləməyi tələb edirlər.

“Mağazanın qarşısında dayanan izdiham indi nəinki əvvəllər olduğu kimi yoldan uzaqlaşdırılırdılar, indi onların satış yerlərinin qarşısında dayanmağına belə icazə vermirlər. 46 nömrəli mağaza rəhbərliyi insanları yaşayış binalarının həyətlərində gözləməyi, zibil qablarının yanında dayanmağı tələb edir”, deyə Turkmen.news nəşrinin jurnalisti yazır.

Bir çox mağazada ön qapıdan istifadə etmək müşkül məsələyə çevrilib. Belə ki, qıt məhsullar – bitki yağı, toyuq ayaqları, çörək və un – xidmət girişindən sərbəst buraxılır. Belə bir mənzərəni 11 mikrorayondakı mağazanın qarşısında da müşahidə etmək olar. Bəzi dükanlar insanları həyətdə gözləməyi məsləhət görürlər. Beləliklə, kənardan hər şey ləyaqətli və sakit görünür.

Aprel və may aylarında Türkmənistanın bir neçə şəhərində dövlət tərəfindən maliyyələşdirilən məhsulların paylanması üçün kart sistemi tətbiq olundu. Daşoğuz vilayətinin ərazilərində payları yalnız qeydiyyat yolu ilə və ciddi şəkildə bu ailədə yaşayan üzvlərin sayına görə əldə etmək olar. Belə ki, adambaşına bir aylıq un rasionu 5 kq, bitki yağı 0,5 litrdir.

Balkanabadda rasionun nisbəti daha da azdır və onu əldə etmək üçün evlər idarəsindən tərtib edilmiş bir ərzaq kartı tələb olunur.

15 aprel tarixindən etibarən Türkmənabadda un, bitki yağı, şəkər, makaron və digər məhsulları əldə etmək üçün ailə tərkibi haqqında yaşayış yerindən arayış alınmalıdır.

KONKRET.az

Mənbə: konkret.az