Minneapolis meri Floydun cənazəsində ağladı - Video

Minneapolis meri Floydun cənazəsində ağladı  - Video

ABŞ-ın Minneapolis şəhərinin meri Ceykob Frey polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floydla vida mərasimində ağlayıb.

“Qafqazinfo” “News 19 WLTX”ə istinadən bildirir ki, videoda bir ayağı üstə diz çökən merin ağlamaqdan titrəməyi görünür.

Vida mərasiminə gələnlər C.Floydun xatirəsini 8,46 dəqiqəlik sükutla anıblar – eyni vaxt kəsiyi ərzində C.Floydu tutan polis dizini onun boynunda saxlamışdı.

Mənbə: qafqazinfo.az