ÜST hər kəsə maskadan istifadə etməyi tövsiyə edir

ÜST hər kəsə maskadan istifadə etməyi tövsiyə edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası ilə əlaqədar hər kəsə maskadan istifadə etməyi tövsiyə edir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bubu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda, mağazalarda və insanların çox olduğu məkanlarda maskalardan istifadə etmək vacivdir.

Qeyd edək ki, bir çox ölkədə ictimai yerlərdə maska ​​taxmaq məcburidir.

Mənbə: az.trend.az