"Amerikan analoqundan daha effektivdir" - Alman mətbuatından Türkiyə PUA-larını tərifləyən yazı

"Amerikan analoqundan daha effektivdir" - Alman mətbuatından Türkiyə PUA-larını tərifləyən yazı

Almaniya mətbuatında Türkiyə PUA-larını tərifləyən yazılar dərc olunmağa davam edir.

Avopa.info xəbər verir ki, keçən həftə "Der Spiegel" jurnalında Türkiyə müdafiə sənayesi və "Baykar" tərəfindən hazırlanan Bayraktar TB2 PUA-larının uğurundan bəhs edən məqalədən sonra Almaniyanın "Die Welt" qəzeti dünən geniş məqalə dərc edib. Jurnalist Boris Kalnokinin məqaləsində Türkiyənin Bayraktar TB2 PUA-ları ilə inqilab etdiyi qeyd olunur.

Kalnoki məqaləsində ABŞ-ın MQ-9 Reapar PUA-nın müqayisəsini apararaq, "Türkiyə ordusu müharibə meydanında Bayraktar TB2-ni amerikalılardan çox daha effektiv formada istifadə edir. Məsələn, Suriyada türk Bayraktar TB2 eskadrilyası həqiqi hava gücünə çevrildi. Eyni zamanda qiyamçıların böldüyü Liviyada da istifadə olunur və Türkiyəyə hərbi uğur gətirir" yazıb.

"Die Welt" qəzetində Türkiyə PUA-ları belə şərh edilib: "Türkiyənin Bayraktar TB2 PUA-ı ucuz və effektivdir. Ankara inkişaf etdirdiyi texnologiya ilə hərbi güc qazanır, digər ölkələrin maraqlarını cəlb edir. Bayraktar TB2 MQ-9 Reaper amerikan PUA-a oxşayır. İkisi də insansız taktik hava aparatlarıdır. Bu cür PUA-lar əsasən fərdi hədəfləri qarşı istifadə olunur.

Ancaq Bayraktar TB2 MQ-9 Reaperdən daha effektivdir. MQ-9 Reaper kimi Bayraktar TB2 də 24 saatdan çox uça bilir, müşahidə apara, hədəfləri məhv edə bilir. Amma Türkiyənin PUA strategiyası tamamilə fərqlidir. Türkiyə ordusu müharibə meydanında Bayraktar TB2-ni çox daha effektiv formada istifadə edir.

Suriyada türk eskadrilyası həqiqi hava gücünə çevrildi. Eyni zamanda müharibənin davam etdiyi Liviyada istifadə olunur və Türkiyəyə hərbi uğur gətirir. TB2-nin rəqibləri ilə müqayisədə müxtəlif üstünlükləri var: həssas, ucuz və effektiv. Tam avtomatik nəzarətə malik olan Bayraktar TB2 tankları məhv edə bilən ağıllı MAM-L raketləri ilə silahlanıb.

Ucuz baş gəlmələri üzündən bu cür PUA-lar ka daha az varlı ölkələrin böyük hərbi qüvvələr ilə mübarizə aparmağa imkan verir. Məsələn, Suriyada Rusiya hələlik münaqişəyə başlamağa cəsarət göstərməyəcək.

PUA-lar İdlibdə bir neçə gün ərzində yüzlərlə Suriya döyüş tankını, zirehli texnikanı, zirehli ÖAQ-ı və silahı məhv etdi. Hava bombardmanı o qədər dağıdıcı idi ki, hücuma məruz qalmamış xeyli sayda maşını ekipaj üzvləri qoyub qaçdı, daha sonra Türkiyənin dəstəklədiyi müxaliflər tərəfində ələ keçirildi.

Liviyada fəaliyyət göstərən Bayraktar TB2 qiyamçı general Xəlifə Haftar ilə döyüşən Fayiz əs-Sərracın BMT tərəfindən tanınan Milli Həmrəylik Hökumətini də gücləndirir. İndiyə qədər qiyamçı Haftar ölkənin paytaxt Tripolinin xaricində qalan xeyli hissəsinə nəzarət edirdi. ancaq Türkiyənin müdaxiləsi, xüsusilə də Türkiyə PUA-larının istifadəsi Sərracın lehinə güc balansını dəyişdirmiş kimi görünür. Sərraca məxsus birləşmələr may ayının ortaları strateji əhəmiyyətli Vatiyyə aerodromunu Bayraktar TB2 PUA-ları sayəsində ələ keçirdi.

Mənbə: avropa.info