Türkiyədə koronavirus pandemiyasının ikinci dalğası təhlükəsi yaranıb

Türkiyədə koronavirus pandemiyasının ikinci dalğası təhlükəsi yaranıb

Türkiyənin Van vilayətində koronavirus pandemiyasının ikinci dalğası təhlükəsi yaranıb.

Trend-in məlumatna görə, vilayətin 3 yaşayış məntəqəsində yenidən karantin rejimi tətbiq edilib.

Ümumilikdə, karantin rejimi 19 min sakini əhatə edir.

Qeyd edək ki, bu günədək Türkiyədə 168 340 nəfər koronavirusa yoluxub, 4 648 nəfər həyatını itirib.

Mənbə: az.trend.az