Saatlıda sakinlərə tibbi maskalar paylanılıb

Saatlıda sakinlərə tibbi maskalar paylanılıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Polis əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılıb. Eyni zamanda vətəndaşlara tibbi maskalar paylanılıb.

Mənbə: azvision.az