“Yeni xidmətlər tətbiq edən “ASAN Xidmət” idarəçilərin yetişməsində xüsusi rol oynayır” - Deputat

“Yeni xidmətlər tətbiq edən “ASAN Xidmət” idarəçilərin yetişməsində xüsusi rol oynayır” - Deputat

“Bu gün Azərbaycan bir çox sahələrdə o cümlədən, idarəetmə sahəsində yeniliklərin tətbiqinə çalışır. Bu layihələr sırasında ən uğurlu layihələrdən biri də “ASAN xidmət” layihəsidir”.

Bu barədə Bizimyol.info-ya Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov

Deputat qeyd edib ki, bu layihə yeni xidmətlər tətbiq etməklə yanaşı yeni idarəçilərin və gəncliyin yetişməsində də xüsusi rol oynayır: “Artıq respublikanın bir çox bölgələrində “ASAN xidmət” büroları yaradılıb və uğurla fəaliyyətini davam etdirir.

Digər bir mühüm layihə isə ABAD ailə təsərrüfatlarının yaradılmasıdır. Burada da əsas məqsəd əhalinin məşğulluğunun təmin olunmasıdır. Bu layihə isə çoxlu sayda ailələrə üçün yeni iş yerlərinin yaradılmasına da böyük dəstək olur. Bu gün xeyli insan bu imkanlardan yararlanır, öz istehsal etdikləri məhsulları sataraq ailə vəziyyətlərini daha da yaxşılaşdırırlar.

Prezident İlham Əliyev bütün çıxışlarında gənclərə tövsiyələr verir. Gəncləri daha aktiv olmağa çağırır. Bu baxımdan gənclərimizin də üzərinə böyük vəzifələr düşür. Onlar bu layihələrin uğurla həyata keçməsi üçün bütün gücləri ilə çalışmalıdırlar”.

Deputat Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycanda könüllülük hərəkatına da xüsusi önəm verilir: “Bu il ölkəmizdə “Könüllülər” ili elan edilib. Bir çox qurumlarda könüllük hərəkatları yaradılıb. Xeyli sayda gənc bu imkanlardan yararlanır, öz bilik və bacarıqlarını artırırlar.Bu öz növbəsində gənliyə verilən dəyər və qiymətin göstəricisidr.

Bu gün idarəçilikdə gənclərə üstünlük verilir. Savadlı və bilili gənclər vəzifədə önə çəkilir. Bir sözlə dövlət Azərbaycasn gəncliyinin daha savadlı və biliki olması üçün bütün zəruri tədbirləri görür.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insanların sağlamlığı durur. Bütün iqtisadi çətinliklərə baxmayaraq bütün dövrlərdə insanların sağlamlığı hər zaman ön sırada olub. Pandemiya ilə mübarizədə də biz bunu açıq müşahidə etdik.

Azərbaycanda bu gün xalq-iqtidar birliyi var. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət böyük rəğbətlə qarşılanır. Son illər Azərbaycan böyük inkişaf yolu keçib, böyük uğurlara imza atıb”.

Mənbə: www.bizimyol.info