50 ildən sonra qadınların görünüşü necə olacaq? - Alimlərdən PROQNOZ

50 ildən sonra qadınların görünüşü necə olacaq? - Alimlərdən PROQNOZ

Helsinki Universitetinin alimləri qadınların 50 ildən sonra hansı görünüşdə olacaqlarına dair proqnozlar veriblər.

BiG.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, 50 il sonra mavi və yaşıl gözlər çox az adamda olacaq.

Cazibədar qadınların övladları 16% daha çox hallarda gözəlliklərilə seçiləcək. Bu səbəbdən hər il gözəl qadınların sayında artım qeydə alınır.

Eyni zamanda, Yel Universitetinin mütəxəssisi Stiven Stirnsin fikrincə, gələcək nəsillərin nümayəndələrinin boyu qısalacaq. çəkisi isə artacaq, çünki hazırda məhz "bəstəboy" və "toppuş" qadınlar arıq və hündürlərdən daha çox dünyaya uşaq gətirirlər.

On il sonra assimilyasiya və immiqrasiya nəticəsində qadınlar arasında oxşarlıq artacaq, çilli qadınlara isə nadir halda rast gəlinəcək.

ABŞ tədqiqatçıları hesab edirlər ki, illər sonra zəif cinsin nümayəndələri iş və siyasət sahəsində daha çox perspektivə sahib olacaqlar, çünki qadınlar tabeliklərində olanlara qarşı daha qayğıkeş olur və çox vaxt rüşvət qəbul etmirlər.

 

Mənbə: big.az