Avstraliyanın bir neçə şəhərinin sakinləri irqçiliyə qarşı etirazlara başladı

Avstraliyanın bir neçə şəhərinin sakinləri irqçiliyə qarşı etirazlara başladı

Avstraliyanın Sidney, Adelaide və Brisbane şəhərlərində Corc Floydun ölümü səbəbiylə bu gün bir neçə on minlərlə insan “Black Lives Matter” hərəkatının təşkil etdiyi nümayişlərə çıxıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ABC News telekanalı yayıb.

Etirazçılara koronavirus infeksiyasına qarşı qoruyucu məhsulların verildiyi deyilir.

Bundan əvvəl Yeni Cənubi Uels ştatının polisi Sidneydə “Black Lives Matter” hərəkatının nümayişlərinin qadağan edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Ştat polisinin başçısı Mick Fuller koronavirusla mübarizə çərçivəsində qəbul edilən yürüşlərin sanitariya normalarına zidd olduğunu bildirib.

Cümə axşamı günü Ali Məhkəmə tələbi təmin edib və nümayişlərə qadağa qoyulub.

Telekanalın verdiyi məlumata görə, şənbə günü səhər Yeni Cənubi Uels ştatının Apelyasiya Məhkəməsi Ali Məhkəmənin qərarından təcili şikayət edib və şənbə nümayişinə yenidən icazə verilib.

Mənbə: konkret.az