İranda son sutkada 75 nəfər koronavirusdan vəfat edib

İranda son sutkada 75 nəfər koronavirusdan vəfat edib

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan həyatını itirib və bu rəqəm ümumilikdə 8,209-a çatıb...

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan həyatını itirib və bu rəqəm ümumilikdə 8,209-a çatıb.

İnterAz İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Kiyanuş Cahanpur mətbuat konfransında çıxışı zamanı deyib.

İran rəsmisi bildirib ki, son sutkada ölkədə 75 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 8,209-a çatıb.

Onun sözlərinə görə son gündə 2,269 nəfərin Covid-19 virusuna yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 169,425-ə çatıb.

İranda ümumilikdə bir milyon, 60 mindən çox insan koronavirus testindən keçib və yoluxanlardan 132 mindən artığı sağalıb.

İran prezidenti Həsən Ruhani bugünkü çıxışında bildirib ki, ölkədə pandemiyanın nə vaxt bitəcəyi məlum deyil.

Mənbə: www.interaztv.com