"Post-pandemiya dövründə də konsaltinq xidmətlərinə ehtiyac çox olacaq"-RƏY

"Post-pandemiya dövründə də konsaltinq xidmətlərinə ehtiyac çox olacaq"-RƏY

Son zamanlar dünyada işçiləri üçün uzaqdan iş qaydasından istifadə edən şirkətlərə texniki və konsultativ yardım göstərilməsi xidməti fəal şəkildə inkişaf etməyə başlayıb. Məsafədən xidmət tətbiq edən xüsusi biznesə dəstək mərkəzləri açılmağa başlayıb. Xidmətlər fərqli ola bilər: biznesin proqram təminatından tutmuş məsafədən çalışan işçilərin psixoloji dəstəyi ilə bağlı məsləhətlərə qədər.

Bu gün hansı konsaltinq xidmətlərinə ehtiyac ən yüksəkdir və böhran dövründə biznesin dəstəklənməsi sahəsində xidmətlər təqdim olunurmu?

Bununla bağlı Sonxeber.az -a IT mütəxəssisi Kamil Məmmədov danışıb:

"Dünyada pandemiya ilə əlaqədar hazırda iki istiqamətdə xidmət, yəni məsafədən göstərilən xidmət, məsafədən göstərilə bilməyən xidmət var. Məsafədən göstərilə bilməyən xidmətlərə səhiyyə, fövqaladə hallar, polis və digər xidmətləri aidetmək olar. Məsafədən təhsili də bu sıraya daxil etmək olar. Çünki müəllimin yerində izah etdiyi dərs ilə, məsafədən keçilən dərs arasında ciddi fərq var. Pandemiya dövrü bizə bəzi işçilərin işə getməyinə ehtiyac qalmadığıni öyrətdi. Tikinti şirkətində mühəndis işə getmədən heç bir konsaltinqdən söhbət gedə bilməz. Yerində hadisəyə baxılmalıdır. Buna baxmayaraq bəzi sahələr var ki, onlardan biri də informasiya texnologiyalarıdır ki, işə getməyə elə də ehtiyac qalmır. Dünyada "Google", "Amazon" kimi böyük koorparasiyalar var. "Microsoft" kimi şirkətlərin mühəndisləri çox vaxt ofisdən işləmək ehtiyacı hiss etmirlər. Onların qarşısında bir layihə, iş və onu bitirmə vaxtı olur. Həmin işi mühəndis harada olursa olsun bitirirsə, problemi həll edirsə onda ofisə getmək ehtiyacı yaranmır. Pandemiya və post- pandemiya dövründə mənə elə gəlir ki, konsaltinq xidmətlərinə hazırkından daha çox ehtiyac duyulacaq. Pandemiya dövrü göstərdi ki, bəzi iş sahələrində çalışanların işə getməyinə ehtiyac yoxdur. Artıq dünyada videogörüntülu iclaslarla məsələnin həlli ilə konsaltinq xidmətləri təklif edən şirkətlər yaranacaq. Hazırda ölkəmizdə sözügedən sahədə inkişaf aşağı səviyyədə olsa da, bundan sonrakı dövrdə biz bunun inkişafına nail olacağıq.
Bu bizə nəyi verir? Məsələn, biz hansısa şirkətə konsaltinq xidməti göstəririksə, sahəsindən asılı olmayaraq, məsafə qət etməyəcəyik, vaxt itirməyəcəyik, tıxaclarda vaxt problemi yaşamayacağıq. Konkret təyin olunmuş vaxtlarda, videokonfranslarla konsaltinq xidmətləri göstəriləcək. Qeyd edim ki, konsaltinq xidməti effektiv olan sahələrdə işə yaraya bilər. Digər sahələrdə isə bunun işə yarayacagını düşünmürəm".

Mənbə: sonxeber.az