Tutulma mövsümü 35 gün çəkir, bu müddət ərzində Günəş, Yer və Ay bir müstəvi üzərində yerləşdiyindən kölgələri bir-birinin üstünə düşür.
Dünən natamam Ay tutulması baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Qrinviç vaxtı ilə 17:45-dən 21:04-dək davam edən tutulmanın maksimal fazası 19:26-da (Qrinviç) müşahidə olunub. Həmin vaxt Ayın 59%-i Yerin kölgəsində olub.
Braziliya, Qərbi Afrika, Avropanın böyük bir hissəsində Ay doğarkən, Afrikanın digər hissəsi və Asiyanın əksər bölgələrində bütün proses boyu, Şimal-Şərqi Asiya, Avstraliya, Yeni Zelandiyada son həddə, şənbə səhəri açılan zaman tutulmanı müşahidə ediblər. Şimalı Amerikada yaşayanların isə belə imkanı olmayıb.
Bakıda natamam ay tutulması Sputnik / Murad Orujov Bakıda natamam ay tutulması Sputnik / Murad Orujov Bakıda natamam ay tutulması Sputnik / Murad Orujov Bakıda natamam ay tutulması Sputnik / Murad Orujov 1 / 4Bakıda natamam ay tutulması
Tutulma mövsümü 35 gün çəkir, bu müddət ərzində Günəş, Yer və Ay bir müstəvi üzərində yerləşdiyindən kölgələri bir-birinin üstünə düşür.
Hər il ən azı iki mövsüm tutulma olur, bu il isə onların sayı üçdür.
Hər mövsümdə minimum 2 tutulma - Ay və Günəş olur. Hazırkı mövsümdə isə bunların sayı üç olacaq: 5 iyundakı natamam Ay, 21 iyunda natamam Günəş və 5 iyulda natamam Ay tutulması.
Ay Yerin kölgəsində tamamilə gizlənərək al-qırmızı rəngə boyandığı tam tutulmadan fərqli olaraq natamam tutulma o qədər effektli görünməsə də, dünən axşam paytaxt və bölgələrimizdə gözəl mənzərələr yaradıb. Sputnik Azərbaycan-ın fotomüxbirinin çəkdiyi və "Facebook" sosial şəbəkəsində paylaşılan digər şəkilləri təqdim edirik.
Mənbə: sputnik.az