Bakıda polis postlarında avtomobillər belə yoxlanılır - VİDEO

Bakıda polis postlarında avtomobillər belə yoxlanılır - VİDEO

Nazirlər Kabineti yanında Operativ Qərərgahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarına əsasən, həftəsonu karantin rejiminin sərtləşdirilməsi ilə bağlı şəxsi nəqliyyat vasitələrindən istifadə etmək qadağan edilib.

Redaktor.az xəbər verir ki, şəhərdə gücləndirilmiş karantin rejimin tətbiqi ilə bağlı müvəqqəti postlar qurulub.

Fəaliyyətinə icazə verilən bəzi dövlət qurumları və özəl sektorların əməkdaşları istisna olunmaqla, vətəndaşların evdən çıxması qadağan edilib. İstisna olunan şəxslər isə yalnız təmsil etdikləri orqanın xidməti avtomobili ilə hərəkət edə bilərlər.

Operativ Qərargahın qərarı qüvvəyə mindiyi andan yol polisləri küçələrdə nəzarəti artırıb. Sürücü və sərnişinlər ciddi şəkildə yoxlanılır.

Sevda Ulutau / Redaktor.az

Mənbə: redaktor.az