ABŞ-da karantin qaydalarını pozan azərbaycanlı həbs olundu – VİDEO

ABŞ-da karantin qaydalarını pozan azərbaycanlı həbs olundu – VİDEO

Los Anceles polisi ABŞ-da yaşayan Abdulla Əliyevi (Həmçinin Turqut Əliyev kimi tanınan) şənbə günü karantin qaydalarını pozduğu və açıq havada gəzərək çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşdığı üçün həbs edib.

KONKRET.az-a verilən məlumata görə, sosial media hesabındakı postundan sonra Havay ştatının məcburi 14 gün karantin qaydalarını pozduguna görə həbs edilib.

Azərbaycan vətəndaşı olan Abdulla Əliyev şənbə günü günortadan sonra hava limanında Los-Ancelesə geri uçuş gözləyən zaman saxlanılıb.

Havay adalarına gələnlər üçün 14 günlük karantin qaydası var. O, sosial mediada yayımlanan postları, çimərlikdə, Foster Nəbatat Bağında və adanın digər yerlərində şəkillər çəkərək paylaşmaqla diqqəti cəlb edib.

Yerli sakinlər onun sosial media postlarını görərək polisə karantin qaydalarını pozması barədə məlumat veriblər.

Onun 14 gun karantin qaydalarnı pozduğu və cəmiyyətdə “yalan məlumat” yaydığı ittihamı ilə həbs edildiyi bildirilir.

Qeyd edək ki, həmvətənlimizin məhkəməyə qədər azadlıqda qalması ücün 2 000 ABŞ dolları təyin olunub.

 

NOCOMMENT.az

Mənbə: konkret.az