Baş nazir elan etdi: Karantin ləğv edilir

Baş nazir elan etdi: Karantin ləğv edilir

Malayziya hökuməti iyunun 10-dan etibarən koronavirus səbəbindən ölkədə tətbiq olunan karantin rejiminin ləğv olunmasına qərar verib.

Axar.az xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Muhiddin Yassin elan edib.

“Biz koronavirusun yayılmasının qarşısını uğurla aldıq. İyunun 10-dan ştatlar arasında daxili turizmin bərpa edilməsinə də icazə verilir”, - baş nazir bildirib.

Mənbə: axar.az