Sumqayıtda hərəkət tam məhdudlaşdırılıb

Sumqayıtda hərəkət tam məhdudlaşdırılıb

Sumqayıt, 7 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, iyunun 6-da saat 00:00-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunur.

Artıq ikinci gündür ki, Sumqayıt şəhərində hərəkət tam məhdudlaşdırılıb. Bütün sosial, iaşə, mədəniyyət obyektləri, mağazalar və apteklər bağlıdır. Həmçinin ictimai nəqliyyatın hərəkəti də tam dayanıb. Şəhər sükuta bürünüb.

Yaranmış vəziyyətdən səmərəli istifadə etmək məqsədilə şəhərin prospekt və küçələri xüsusi texnika cəlb olunmaqla dərman preparatları ilə yuyularaq dezinfeksiya olunub.

AZƏRTAC Sumqayıtın küçələrində çəkilmiş fotoları təqdim edir.

Mənbə: azertag.az