Ölkə karantindən çıxır: Baş nazir TARİX AÇIQLADI

Ölkə karantindən çıxır: Baş nazir TARİX AÇIQLADI

Malayziyada koronavirus epidemiyasının yayılması ilə əlaqədar elan edilmiş karantin ləğv olunur.

Hökumət qadağaların iyunun 10-dan ləğv ediləcəyini bildirib.

Cebhe.info xəbər verir ki, Baş nazir Muhyiddin Yasin xalqa müraciətində iyunun 9-a qədər davam edəcək komendant saatı müddətinin uzadılmayacağını bildirib.

"COVID-19 tədbirləri 10 iyun-31 avqust arasında tədricən qaldırılacaq"-deyə, baş nazir bildirib.

Gözəllik salonlarının 10 iyun tarixindən etibarən açılacağını bildirən Muhyiddin deyib ki, bərbərlər sosial məsafə və gigiyena qaydalarına ciddi şəkildə riayət edilməlidir.

Baş nazir 10 iyundan sonra ölkə xaricindən vətənə qayıdanlar üçün sərt karantin rejiminin tətbiq olunmayacağını da vurğulayıb. Testin nəticəsi neqativ çıxanlar ev şəraitində 14 günlük karantin rejimində saxlanılacaq. Ölkə daxilində səyahətlər də sərbəst olacaq. İnsanlar sosial məsafəni qorumaqla və gigiyena qaydalarına əməl etməklə doğmalarını ziyarət edə biləcəklər.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info