Bu gün Corc Floyd dəfn edilir - ABŞ ərazisində etirazların olacağı gözlənilir

Bu gün Corc Floyd dəfn edilir - ABŞ ərazisində etirazların olacağı gözlənilir

ABŞ-da polis səhlənkarlığının qurbanı olan afroamerikalı Corc Floyd bu gün dəfn ediləcək.

Vesti.ru xəbər verir ki, bununla bağlı ölkə ərazisində mitinqlərin olacağı gözlənilir.

Hyustonda C.Floydla vida mərasiminə minlərlə insan gəlib.

C.Floydun ailəsi ilə görüşə ABŞ-da prezidentliyə demokrat namizəd Co Bayden də gəlib. Onun bu davranışını nüfuzunun yüksəlməsinə hesablanmış, düşünülmüş siyasi addım hesab edirlər.

Donald Tramp isə ailənin kədərindən piar üçün faydalanaraq, mərasimdə iştirak etməyəcəyini bildirib. O qeyd edib ki, etirazçıların dediklərinin əksinə olaraq, mitinqlərdə polisləri səfərbər edəcək və onların maliyyələşməsini azaltmayacaq:

“Bizim əla hüquq mühafizəçilərimiz var və mən onlarla fəxr edirəm. Polislərin maaşlarını azaltmayacağam. Düzdür, bəzən bu yaxınlarda olduğu kimi, dəhşətli hadisələr baş verir. Amma bunlar nadir hadisələrdir. Əminəm ki, polislərimizin 99 faizi yaxşı insanlardır”.

Mənbə: www.oxu.az