“Şeytanın yaşadığı yer”: Bura gələnlər lənətlənir – Qorxunc iddia

“Şeytanın yaşadığı yer”: Bura gələnlər lənətlənir – Qorxunc iddia

İtaliyanın Kolobraro qəsəbəsində yaşayanlar 1940-cı illərdən bəri buranın lənətləndiyinə inanırlar. Ölkənin cənubunda yerləşən Kolobraro yerli sakinlərin “adsız kənd” adlandırdığı və qorxunc sirlərlə dolu bir məkandır.

Teleqraf.com Kolobraro haqda məlumatları təqdim edir.

İddiaya görə, qəsəbə bura gələnlərə xəstəlik və pis şans gətirir.

Rəvayətə görə, lənət 1940-cı illərdə Kolobraronun bələdiyyə sədri Bacciyo Virciliyonun iclasda söylədiyi “Həqiqəti deməsən, bu çilçıraq yerə düşəcək” sözləri ilə başlayıb. Bir neçə saniyənin içində nəhəng çilçıraq yerə düşüb. O gündən bəri xalq qəsəbədə uğursuzluğun olduğuna inanır.

Lənətlənməkdən qorxan sakinlər qəsəbənin adını çəkməyə qorxur. İnanca görə, Kolobraro adı "qorxunc" mənasında işlənilir. “Kolobraro” “ilanlar” anlamına gələn “koluber” ifadəsinən götürülüb. Sakinlərin bəziləri bunun “Şeytanın yaşadığı yer” olduğuna inanır. Ayrıca, uzun zamandır Kolobraroda antik dönəmlərdə cadugərliklə məşğul olan, şeytanın gözlərinə və lənətinə sahib olan “Masciare” adlanan qadınların yaşadığına da inanılır. Bu qadınların lənəti aradan qaldıra bildiyi iddia edilir.

Yaxınlıqdan keçən hər iki nəfərdən birinin lənətə bulaşdığı deyilir. Bir çox insan “Masciare” adlanan qadınların bu qəsəbədə yaşamadığına inansa da, bir çoxunun gücünün hələ də qaldığını bildirirlər.

Qəsəbədə bu qadınlar haqda yalnız bir-iki nəfər danışmağa cəsarət edir. Qəsəbədə baş verənlər haqda konkret cavab yoxdur.

İddiaya görə, qəsəbədə doğulan bəzi uşaqların iki ürəyi, üç ağciyəri olur. Lənət burada yaşayanlara yox, gələn qonaqlara bulaşır.

 

Mənbə: teleqraf.com