Ailə həyatı və arvadından narazı kişilərdə...

Ailə həyatı və arvadından narazı kişilərdə...

İsrailin Tel-Əviv universitetinin alimləri 10.000 könüllü kişi arasında apardığı tədqiqatın nəticəsində elan edib ki, ailə həyatından, həyat yoldaşından narazı olan və şəxsi həyatda özünü bədbəxt hesab edən kişilərdə insult olma riski 65% artır.

Milli.Az medicina.az-aistinadən bildirir ki, alimlər bunun səbəbini xoşbəxt olmayan ailədə daim stress və gərginliyin olmasında görür. Daimi stress kişinin sinir və endokrin sistemini sıradan çıxarır.

Stress, əsəbilk, evdə özünü gərgin hiss etmək bir çox xəstəliklər, o cümlədən yüksək təzyiqə səbəb olur. Müəyyən yaşa gəldikdə kişilərdə insult riski yüksəlir.
Eyni vəziyyət qadınlara da aiddir. Ailə həyatında xoşbəxt olmayan qadınlarda hormonlar pozulur, mədədə xora əmələ gəlir, yumurtalıq və uşaqlıqda problemlər, menstrual tsiklin pozulması baş verir.

Psixiatrlar ailədə narazılığın dərinləşməməsi üçün ail psixoloqlarına müraciət etməyi, əgər vəziyyət düzəlmirsə, qısa müddətli ayrılığı sınamağı və münasibətlərə fasilə verməyi məsləhət görür.

Mənbə: news.milli.az