"Koronavirus" pirojnaları uzun növbələr yaratdı

"Koronavirus" pirojnaları uzun növbələr yaratdı

Taylandda küçələrdə şirniyyat satışıyla məşğul olan bir neçə şirkət koronavirus şəklində olan pirojnalar satmağa başlayıb.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu brədə "RİA Novosti" Taylandın TNN24 telekanalına istinadən yazır.

İçində kokos südü olan şirniyyat düyü unundan hazırlanır. Bu "toplar" qara və qırmızı düyüdən bişirilir, üzərinə isə "tac"lar qoyulur. Beləliklə, pirojnalar insanların televizorda gördükləri "COVİD-19" şəklini xatırladır.

Virus formalı şirniyyatlar artıq Banqkok sakinləri tərəfindən sevilib. Şirniyyatı dadmaq istəyən müştərilər uzun növbələrə düzülür.

 

Mənbə: big.az